AZ

“Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirilib

ADA Universitetində “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalı keçirilib.

APA xəbər verir ki, memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun nüfuzlu tədbirlərindən biri olan “Baku Archifest 2025”, “Design Bureau” və “Aslı Partners” tərəfindən ADA Universiteti Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundan söz açıb. O qeyd edib ki, bu tədbirə ölkəmiz aktiv şəkildə hazırlaşır.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Soave çıxışı zamanı WUF-13-ə ev sahibliyi Azərbaycanı qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevirəcəyini bildirib.

ADA Universitetinin Memarliq fakültəsinin dekanı Silvia Ferrari bildirib ki, bu tədbir memarlıq, şəhər planlaşdırılması və dizayn sahəsində görüş və əməkdaşlıq üçün böyük bir fürsətdir.

Sonda tədbir musiqili hissə ilə davam edib.

Seçilən
13
1
apa.az

2Mənbələr