UEFA Çempionlar Liqasının IV turu çərçivəsində bu axşam Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” FK “Çelsi” ilə qarşılaşacaq.
90deqiqe.Az-ın məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld görüş öncəsi maraqlı paylaşım edib. O, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, bu axşam ev sahibi komandanı — “Qarabağ”ı dəstəkləyəcək:
“Bu axşam ‘Qarabağ’ FK ‘Çelsi’ ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və ‘Qırmızı Şeytan’ (‘Mançester Yunayted’ azarkeşi) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm.”
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu bu gün saat 21:45-də start götürəcək. Görüş UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək.
View this post on Instagram
A post shared by British Embassy Baku (@britishembassybaku)