Verilişlərin birində maraqlı anlar yaşanıb.
Proqramın qonağı olan müğənni Ofeliya Şabanova canlı yayım zamanı aparıcıya qeyri-adi təkliflə çıxış edib.
O, efir zamanı aparıcıya müraciət edərək, qardaşı üçün elçi düşdüyünü bildirib:
“Səni qardaşımın xanımı kimi görmək istərdim” – deyə, söyləyib.
Aparıcı isə bu təklifə təmkinlə cavab verərək, “Cavabımı sənə təkbətək deyərəm” sözləri ilə qarşılıq verib.
Müzakirələrə səbəb olan bu an sosial şəbəkələrdə də geniş maraqla qarşılanıb.