AZ

Gələn il pensiyaların nə qədər artacağı açıqlanıbVİDEO

2026-cı ildə bütün növ pensiyalar artacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə "2026-cı il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı  əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

Nazirin sözlərinə görə, gələn il pensiyaların 9,2 faiz indeksasiya edilərək artırılacağı proqnozlaşdırılır.  

O həmçinin bildirib ki, son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilib. Növbəti ildə də proses davam etdiriləcək.

Komitə sədri Musa Quliyev isə DSMF-nin 2026-cı il üçün gəlirlərinin 8 milyard 323 milyon manat təşkil edəcəyini deyib. Bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 9.3 faiz çoxdur. 

Maliyyə nazirinin müavini Himalay Məmişov isə növbəti il sosial müdafiə və təminat sahəsinə 4,9 milyard manat ayrılacağını bildirib.

Nazir müavini əlavə edib ki, təhsil və elm xərcləri 2026-cı ildə 5,2 milyard manat, səhiyyə xərcləri isə 2 milyard manat olacaq. Müdafiə və milli təhlükəsizlik istiqamətində 8,7 milyard manat vəsait ayrılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
18
xezerxeber.az

1Mənbələr