AZ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini: Yaşayış məskənlərinin planlaşdırılmasında yanaşmalar dəyişir

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanda şəhərsalma və quruculuq işləri torpaqlarımız işğaldan azad olunduqdan sonra geniş vüsət alıb. Bu prosesdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib. O bildirib ki, yaşayış məskənlərinin planlaşdırılmasında da yanaşmalar dəyişir. Bu gün şəhərləri planlaşdırarkən artıq belə düşünürük: insanlar burada yaşayacaq, işləyəcək, istirahət edəcək, əylənəcək. Bunun üçün də nəqliyyat, mühəndis-kommunikasiya infrastrukturu və xidmət sahələri formalaşdırılmalıdır. Hazırda bütün bu sahələr bir-birinə qarışaraq çoxfunksiyalı ərazilərə çevrilir”.

İlqar İsbatov qeyd edib ki, bu prosesin əsas kökü iqtisadi transformasiya ilə bağlıdır: “Biz artıq postsənaye dövrünə qədəm qoymuşuq. Yəni, “intellektual iqtisadiyyata” keçid baş verir. Bu mərhələdə əsas olan intellektual əməyin nəticəsidir. Bu dəyişiklik şəhərsalmaya və şəhərsalma modelinə yanaşmalarda əsaslı dönüş yaradır”.

Seçilən
28
1
azertag.az

2Mənbələr