AZ

Formula E-nin dördüncü nəsil avtomobili sınaqlara çıxarılır

Formula E çempionatı 2026/2027 mövsümündən etibarən istifadəyə veriləcək dördüncü nəsil (Gen4) bolidini rəsmi olaraq təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə seriyanın mətbuat xidməti məlumat yayıb.

Yeni avtomobil 600 kVt gücə (təxminən 815 at gücü) malik olacaq və aktiv tam ötürmə sistemi ilə təchiz ediləcək.

Məlumata görə, bolid iki fərqli aerodinamik konfiqurasiyada hazırlanacaq:

Yüksək aerodinamik təzyiq – sıralanma mərhələsi üçün optimallaşdırılmış;

Aşağı aerodinamik təzyiq – yarış şəraitinə uyğunlaşdırılmış.

Yeni modelin sınaqlarında “Porsche”, “Nissan”, “Stellantis”, “Jaguar” və “Lola” kimi Formula E komandaları iştirak edəcək.

Çempionat rəhbərliyinin açıqlamasına görə, 815 at gücünə qədər çıxan “Attack Mode” rejimi, davamlı tam ötürmə sistemi, yaxşılaşdırılmış aerodinamika və böyük ölçülü təkərlər sayəsində artırılmış yol tutumu yeni nəsil bolidlərin performansını kəskin şəkildə yüksəldəcək.

Beləliklə, Gen4 bolidləri FİA tərəfindən təsdiqlənmiş açıq təkərli seriyalar arasında ən güclü modellərdən biri olacaq və dünyanın ən məhsuldar yarış avtomobilləri sırasına daxil ediləcək.

Seçilən
76
90deqiqe.az

1Mənbələr