AZ

Şahbaz Şərif: Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm

"2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm".

Azreform.info xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.

"Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır", - o deyib.

Seçilən
40
11
azreform.info

10Mənbələr