AZ

Beyin sürətli informasiya axınına alışır və effektivliyini itirir...

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

...Belaruslu nevroloq İqor Zaytsev qadjetlərin beyin fəaliyyətinə necə təsir etdiyinə dair müşahidələrini bölüşüb. O, oyandıqdan dərhal sonra telefon və ya planşeti götürmək vərdişinin gün ərzində ciddi problemlər yarada biləcəyini vurğulayıb.

SİA mütəxəssisin sözlərinə istinadən xəbər verir ki, yuxudan sonrakı ilk yarım saatda qadjetlərdən müntəzəm istifadə beynin informasiyanı tez qəbul etməyə və normal fəaliyyət qabiliyyətini itirməsinə gətirib çıxarır.

Bu da öz növbəsində diqqəti azaldır və idrak funksiyasını pozur.

Həkim qadjet istifadəsinin təsirini ani, lakin qısamüddətli zövqlə müqayisə edib.

Ciddi ədəbiyyat oxumaq səy və vaxt tələb edir, sosial mediada gəzmək isə tez, lakin səthi nəticələr verir.

Normal sinir sisteminin fəaliyyətini bərpa etmək üçün həkim müvəqqəti olaraq elektron cihazların daimi istifadəsindən çəkinməyi tövsiyə edir.

Mesajları və bildirişləri yoxlamadan bir həftə keçmək beynin təbii tarazlığını bərpa etməyə kömək edir.

Həkim həmçinin minimal sayda tətbiqi olan peşəkar tapşırıqlar üçün ayrıca telefona sahib olmağı tövsiyə edir.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
sia.az

2Mənbələr