AZ

Zəngəzur dəhlizi və “Şimal Cənub” marşrutu bir birinə rəqib deyil Sergey Şoyqu

ain.az bildirir, Avtosfer portalına istinadən.

Zəngəzur dəhlizi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutu bir-biri ilə rəqabət aparmayacaq. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin XIII iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sergey Şoyqu hər iki marşrutun strateji əhəmiyyətli olduğunu və bir-birini tamamladığını vurğulayıb:

“Hesab edirəm ki, hər iki marşrut mövcud olmaq hüququ ilə yanaşı, həm də Azərbaycanın öz regionları ilə əlaqə qurması və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratması baxımından zəruridir”.

O, “Şimal-Cənub” marşrutunun Hind okeanı limanlarını Şimal dəniz yolu ilə birləşdirdiyini xatırladıb:

“Mən burada heç bir pis cəhət görmürəm və hər hansı bir rəqabət də yoxdur - kimsə dolayı yolla, yan keçməklə getməyəcək”.

S.Şoyqu əlavə edib ki, Rusiya inkişaf etmiş nəqliyyat şəbəkəsinə malik böyük bir ölkədir və “istənilən yol həmişə yaxşı bir töhfədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
6
avtosfer.az

7Mənbələr