AZ

Ötən ay almazın qiymətləri enməkdə davam edib

BAKI, 5 noyabr. TELEQRAF

Cari ilin oktyabr ayında 1 karatlıq cilalanmış almazların qiymət indeksi aylıq müqayisədə 1,7% azalıb, İllik ifadədə bu göstərici 5,6% aşağı, ilin əvvəlindən isə 5,2% az olub.

Teleqraf xəbər verir ki, bu barədə “Rapaport” agentliyi məlumat yayıb.

Keçən ay əksər regionlarda xam almazların qiyməti enməkdə davam edib.

Məlumata görə, istehsalın azalmasına baxmayaraq, almaz bazarı sabit qalıb. Dünyanın aparıcı almaz şirkəti “De Beers” qiymətləri dəyişməz saxlayıb və alıcılara adətən olduğundan daha çox həcmdə məhsul təklif edib.

Oktyabr ayında 0,3 karatlıq cilalanmış almazların qiymət indeksi aylıq 4,4%, illik 4,1%, ilin əvvəlindən isə 6,5% azalıb. 0,5 karatlıq almazların qiymət indeksi oktyabrda 2,8%, ilin əvvəlindən isə 16,7% enib. 3 karatlıq cilalanmış almazların qiymət indeksi isə oktyabrda 0,3% artıb, lakin ilin əvvəlindən 0,7% azalıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr