AZ

2025 ci ilin ən böyük və ən parlaq Ayı bu gecə müşahidə ediləcək

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gecə səmada parlayan dolunay 2025-ci ilin ən böyük və ən parlaq super ayı olacaq.Newscenter.az TASS-a istinadən bildirir ki, "Qunduz Super Ayı" adlanan bu xüsusi səma hadisəsi, Ayın Yerə ən yaxın nöqtəsinə çatdığı dolunay fazasında baş verəcək.Məlumata görə, 5 noyabr gecəsi Ay Yerə 356.980 kilometr yaxınlaşacaq.Bu, 2019-cu ilin fevral ayından bəri müşahidə edilən ən yaxın dolunay məsafəsi olacaq. Ay bu nöqtəyə çatdıqda, adi haldan bir qədər böyük və daha parlaq görünəcək.Bu xüsusi hadisə "Qunduz Super Ayı" adlanır, çünki noyabr ayında baş verən dolunay "Qunduz Ayı" kimi tanınır.Anar Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
newscenter.az

1Mənbələr