Bakı. Trend:
Polşa bir neçə ay ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşımilli müdafiə sistemi qurmağı planlaşdırır.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu qərar, Avropa İttifaqının “drondivarı” layihəsinin ləngiməsi fonunda qəbul edilib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, sistemin əsasməqsədi ölkənin hava məkanını qorumaq və potensial təhlükələrivaxtında zərərsizləşdirməkdir. Layihə hökumətin müdafiəqabiliyyətini gücləndirməyə yönəlmiş daha geniş proqramının birhissəsi olacaq.