AZ

Belçika hava limanı üzərində naməlum dronlar uçuşur

4 noyabr axşamı Belçikada bir neçə hərbi hava bazasının yaxınlığında və Brüssel hava limanı üzərində naməlum dronlar müşahidə edilib.

Dronlar Florennes və Kleine Brogel hava bazalarının yaxınlığında uçublar. Mediada yayılan məlumatlara görə, bu hava bazasında F-16 təyyarələri və ABŞ nüvə silahları saxlanılıb. Müdafiə naziri Teo Franken dronların təyyarələri izləyə biləcəyini ehtimal edir.

Bu səbəbdən oradakı uçuşlar müvəqqəti olaraq dayandırılıb. Belçikanın xarici işlər naziri Bernard Kvintin Baş nazir Bart De Veveri təcili olaraq Milli Təhlükəsizlik Şurasını toplamağa çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr