AZ

​“Real" Vinisius barədə qərar verdi

“Real Madrid” Vinisius Junioru klubdan göndərmək qərarına gəlib. Metbuat.az xəbər verir ki, futbolçu mövsümün sonunda klubdan göndərilə bilər. “Bild” nəşrinin iddiasına görə, “Real”ın “Barselona”nı 2-1 hesabı ilə məğlub etdiyi oyunda futbolçunun sərgilədiyi davranış klub rəhbərliyini qəzəbləndirib. Vinisiusun etirazından sonra klub rəhbərliyi onun göndərmək qərarına gəlib.

Qeyd edək ki, “Real” - “Barselona” oyununun 72-ci dəqiqəsində əvəzlənən Vinisius Junior buna etiraz edib. O, klubdan gedəcəyini bildirib. Ardınca futbolçu davranışlarına görə üzr istəyib.

Seçilən
21
1
metbuat.az

2Mənbələr