AZ

Ronaldo Messi haqda nə dedi?

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Əl-Nəssr”in hücumçusu Kriştiano Ronaldo Lionel Messi ilə bağlı növbəti fikrini dilə gətirib."Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runinin Messini ondan daha üstün görməsinə münasibətini bildirib. Qeyd edək ki, Runi bir neçə gün əvvəl Kriştianoya nifrət etmədiyini, Messinin daha yaxşı futbolçu olduğunu söyləyib. 40 yaşlı Ronaldo Runinin açıqlamasına reaksiya verərkən bu fikirlə razılaşmadığını deyib:

“Problem yoxdu. Runi istədiyini söyləyə bilər. Amma onun fikirləri ilə razı deyiləm. Təvazökar olmayacağam. Messinin məndən üstün olduğunu düşünmürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr