AZ

Rusiyalı ekspert ABŞ ın Cənubi Qafqaz planını dəstəklədi

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az Musavata istinadən xəbər verir ki, bu fikri “Orbeli 2025” beynəlxalq forumunda rusiyalı politoloq Viktoriya Juravlyova səsləndirib. Juravlyovanın sözlərinə görə, ABŞ-ın bu təşəbbüsü Rusiyadan böyük addımlar və regionda dəyişiklikləri anlamaq tələb edir, lakin Moskva artıq belə addımlar atmağa hazırdır. Ekspert qeyd edib ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü və onunla əlaqələndirilən “Dünyanın kəsişməsi” (Crossroads of the World) konsepsiyası regionda geosiyasi qarşıdurma məntiqindən iqtisadi əməkdaşlıq məntiqinə keçidi ifadə edir. “Geosiyasi məntiq “sıfır məbləğli oyun” prinsipinə əsaslanır - mütləq həm qalib, həm məğlub olmalıdır. Bu, Cənubi Qafqazda uzun illər mövcud olmuş qarşıdurma və inamsızlığın əsas səbəbi idi. Halbuki iqtisadi məntiq qarşılıqlı faydaya əsaslanır - burada hamı udur”, - deyə Juravlyova vurğulayıb. O əlavə edib ki, “Şimal–Cənub” dəhlizi kimi Rusiya təşəbbüsləri ilə Trampın TRIPP layihəsi bir-birinə rəqib deyil, əksinə, regionda rəqabət və inkişaf üçün çoxsaylı marşrutların formalaşmasına xidmət edir. “Nə qədər çox yol, nə qədər çox iqtisadi iştirakçı olsa, region bir o qədər çox qazanc əldə edəcək. ABŞ-ın təklif etdiyi model region üçün real ehtiyaca cavabdır - bu, ölkələrdən asılı olmayan iqtisadi fayda gətirəcək layihədir”, - deyə Viktoriya Juravlyova bildirib. Bununla belə, Juravlyova qeyd edib ki, ABŞ-ın təşəbbüsünə qarşı bəzi dairələrin skeptik mövqeyi qalmaqdadır. Onun fikrincə, bu, köhnə geosiyasi düşüncənin təsirindən irəli gəlir: “ABŞ-ın regional fəaliyyətlərində, əlbəttə, geosiyasi elementlər də var - Moskvanı təcrid etmək, onu regiondan sıxışdırmaq kimi niyyətlər səslənib. Lakin bu yanaşma artıq köhnədir. Əsas məsələ bu stereotipləri aşmaq və eyni zamanda regionun tarixi qarşıdurma yaddaşını da unutmamaqdır”. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
azvision.az

4Mənbələr