AZ

Qəzzada ƏMƏLİYYAT: Altı israilli girovu əsir saxlayan HƏMAS üzvü MƏHV EDİLDİ – VİDEO

İsrail qüvvələri girov saxlamaqda ittiham olunan HƏMAS üzvünü zərərsizləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Terrorçu Ziyad Zaki Abd əl-Hadi Akeilin oktyabr əməliyyatında məhv edildiyi bildirilir.

2025-ci il 29 oktyabrda Cənub Komandanlığının rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilən birgə ŞABAK–ÇAXAL əməliyyatı zamanı Ziyad Zaki Abd əl-Hadi Akeil zərərsizləşdirilib.

Məlumata görə, o, HƏMAS tərkibində fəaliyyət göstərib və altı israilli girovun saxlanmasına cavabdeh olub.

Girov kimi saxlandığı bildirilən şəxslər: Baru Kupeşteyn, Ohad Ben Ami, Maksim Xarkin, Elkana Buxbut, Segev Kalfon və Yosef-Hayim Ohana. Onlar 7 oktyabr qırğını zamanı HƏMAS tərəfindən Qəzza sektorunda oğurlanmışdı.

Akeilin ölümünün HƏMAS-ın son həftə törətdiyi pozuntulara cavab olaraq həyata keçirilən hava zərbələri çərçivəsində baş verdiyi açıqlanıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
1
interpress.az

2Mənbələr