AZ

“Mançester Yunayted”in baş məşqçisi və futbolçusu uzaq qohum çıxdı

“Mançester Yunayted” klubunun baş məşqçisi Ruben Amorim və komandanın müdafiəçisi Dioqu Dalot uzaq qohumdur.

90deqiqe.Az “Geneall genealoji” portalınaistinadən xəbər verir ki,  Amorim və Dalot XIX əsrdə yaşamış fransız sirk artisti Karluş Dalotun nəslindəndir. O, qardaş və bacıları ilə birlikdə Avropa ölkələrində çıxış etdikdən sonra Portuqaliyada məskunlaşıb.

Həmçinin, Dioqu Dalot daha əvvəl öz ailəsinin sirk sənətindən gəldiyini və əcdadlarının Braqa şəhərinə köç etdiyini müsahibəsində qeyd edib.

Seçilən
39
90deqiqe.az

1Mənbələr