AZ

Şəhidin nəvəsini qəbul etməyən həkim gündəmdə: dövlət sistemi niyə susur?

Qarayev adına 2 saylı uşaq xəstəxanasında çalışan həkim Azər Xudiyevlə bağlı şikayət sosial şəbəkələrdə gündəm yaradıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, iddialara görə, ailə birinci Qarabağ müharibəsi şəhidinin nəvəsini müayinə üçün xəstəxanaya aparsa da, həkim uşağı qəbul etməkdən imtina edib.

Şikayət edən valideyn bildirir ki, uşağın burun boşluğunda problem olduğundan sadə baxış tələb olunurdu. Lakin həkim ailəni kabinetdən uzaqlaşdıraraq, “mən sığorta ilə baxmıram” sözlərini işlədib. Ailə hesab edir ki, dövlət tibb müəssisəsində icbari tibbi sığorta ilə göstərilən xidmətlərin rədd edilməsi qanunsuzdur və pasiyent hüquqlarının pozulmasıdır.

Valideynin sözlərinə görə:

“Dövlət xəstəxanasında dövlət sığortası keçərli deyilsə, bəs bu sığorta kim üçündür? Biz xüsusi status tələb etmirdik. Sadəcə adi müayinə istəyirdik. Şəhid sözünü dilə gətirmək belə çətindir, amma bəlkə bir anlayış göstərər deyə dedik. Heç bir faydası olmadı”.

Ailə məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə şikayət ünvanlayacağını açıqlayıb. Eyni zamanda, lazım olduğu halda media və ictimaiyyətə müraciət edəcəklərini bildiriblər.

Seçilən
25
nocomment.az

1Mənbələr