AZ

Polşa Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Polşa Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb.

Banco.azxəbər verir ki, Polşada inflyasiya 2024-cü ilin ortalarından bəri ən aşağı səviyyəyə enməsinin ardından Mərkəzi Bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25 faizə endirib.

Bu, Polşa Mərkəzi Bankının (NBP) bu il elan etdiyi beşinci faiz endirimi olub. Beləliklə, mərkəzi bank bu il ərzində uçot dərəcəsini ümumilikdə 150 baza bəndi azaltmış olub.

Bloomberg sorğusunda iştirak edən 31 iqtisadçıdan 24-ü uçot dərəcəsinin 25 baza bəndi endiriləcəyini gözləyirdi, digərləri isə faizin sabit qalacağını proqnozlaşdırırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
19
1
banco.az

2Mənbələr