AZ

Qəzzada 44 min uşağa peyvənd və digər səhiyyə xidmətləri göstərməyə başlayacaqlar


ÜST-ün baş direktoru Qebreyesus gələn həftə UNICEF və UNRWA-nın Qəzza zolağında 44 min uşağa müntəzəm peyvənd və digər səhiyyə xidmətləri göstərməyə başlayacağını açıqladı.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

"ÜST, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) gələn həftə Qəzza zolağında təxminən iki il davam edən münaqişə səbəbindən həyati əhəmiyyətli səhiyyə xidmətlərindən məhrum olan 44.000 uşağa müntəzəm peyvənd, qidalanma müayinəsi, müalicə və böyümə monitorinqi təmin etməyə başlayacaq", - deyə Qebreyesus bildirib və əlavə edib ki, ÜST bu səyləri dəstəkləmək üçün 20 zədələnmiş və ya dağıdılmış səhiyyə müəssisəsini təmir edib.

Qebreyesus bildirib ki, ÜST həmçinin xidmət göstərmə məntəqələrinin sayını artırır və Qəzzada həyati əhəmiyyətli səhiyyə infrastrukturunu bərpa etmək üçün çalışır.

Qebreyesus atəşkəsin qorunmasının təkcə bu səylərin uğuru üçün deyil, həm də Qəzzanın səhiyyə sisteminin dirçəldilməsi üçün vacib olduğunu qeyd edərək, sülhün ən yaxşı dərman olduğunu vurğulayıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
33
aia.az

1Mənbələr