AZ

İranın 60% zənginləşdirilmiş uranının demək olar ki, hamısı yerindədir – BAEA baş direktoru Rafael Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İsrail və ABŞ-ın hücumlarına baxmayaraq, İranın 60% zənginləşdirilmiş uranı demək olar ki, hamısı İranda qalır.

O əlavə edib ki, İran hakimiyyəti indiyə qədər agentliyin müfəttişlərinin ölkənin ən vacib nüvə obyektlərinə – Fordo, Nətənz və İsfahana daxil olmasına mane olub: “Zərər çox böyük olub, lakin biz hesab edirik ki, 60%, 20%, 5% və 2% zənginləşdirilmiş uranın əksəriyyəti, bəlkə də hamısı hələ də oradadır.

Material hələ də oradadır və biz bunu heç bir son məqsədlə əlaqələndirməsək də, silah dərəcəsinə yaxın bu qədər yüksək zənginləşdirmə səviyyəsində materialın mövcudluğunun özü narahatlıq doğurur”, – deyə Qrossi “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr