AZ

Dünya virtual reallıq deyil –Alimlər "Matritsa"nın mövcud olmadığını sübut edib

Alimlər “Matritsa”nın mövcud olmadığını sübut ediblər.

AzPost bildirir ki, yeni bir elmi araşdırma bəşəriyyətin hansısa superzəka tərəfindən yaradılan virtual reallıqda yaşadığını iddia edən simulyasiya nəzəriyyəsini tamamilə təkzib edib.

Alimlər kompüterdən istifadə edərək kainatın qanunlarını tamamilə simulyasiya etmək imkanını riyazi olaraq sınaqdan keçiriblər və bunun mümkün olmadığı qənaətinə gəliblər.

Alim Gedelin natamamlıq teoreminə və fundamental fizika prinsiplərinə əsaslanaraq tədqiqatçılar heç bir hesablama sisteminin reallıq haqqında bütün dərin məlumatları təkrarlaya bilmədiyini nümayiş etdiriblər. Bu o deməkdir ki, Kainatımız simulyasiya deyil, əsl fiziki dünyadır.

AzPost.az

Seçilən
17
1
azpost.info

2Mənbələr