AZ

Türk qəhvəsi Avropa İttifaqında qeydiyyata alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk qəhvəsi Avropa İttifaqında qeydiyyata alınıb.

Banco.azxəbər verir ki, Avropa İttifaqının Rəsmi Qəzetində bu gün yayımlanan elanla Türk qəhvəsi Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TOBB) müraciəti nəticəsində Aİ-də “Ənənəvi Məhsul Adı” (Traditional Specialities Guaranteed) kimi qeydiyyata alınıb.

Üç aylıq prosesin tamamlanmasının ardından Türk qəhvəsi Türkiyənin Aİ-də qeydiyyata alınan ilk ənənəvi məhsul adı olacaq.

Məsələ ilə bağlı sosial media hesabında paylaşım edən TOBB sədri Rifat Hisarcıklıoğlu bildirib:
“Türk qəhvəsi mədəniyyətimizin ən qədim simvollarından biridir və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında da yer alır. 500 ildən çox tarixi olan bu içki sadəcə bir qəhvə deyil; qonaqpərvərliyimizin, söhbətin və dostluğun rəmzidir. TOBB olaraq yerli və ənənəvi dəyərlərimizi qorumaq, dünyaya tanıtmaq və qeydiyyatdan keçirmək üçün çalışmaqda davam edirik. Türk qəhvəsinin bənzərsiz ətri və dadı artıq Avropada da təsdiqlənir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
27
1
banco.az

2Mənbələr