AZ

ABŞ Sakit okeanda qaçaqmalçılara məxsus gəmiyə ZƏRBƏ ENDİRDİ - VİDEO

ABŞ Sakit okeanda qaçaqmalçılara məxsus gəmiyə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Hegset X hesabında bildirib.

“Bu gün prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi terrorçu kimi tanınan bir təşkilat tərəfindən idarə olunan gəmiyə ölümcül kinetik zərbə endirib”, – Pentaqon rəhbəri yazıb.

Onun sözlərinə görə, kəşfiyyat məlumatlarına əsasən, həmin gəmi narkotik qaçaqmalçılığı ilə məşğul imiş, tanınmış narkotik ticarəti marşrutu üzrə tranzit keçirmiş və narkotik daşıyırmış. Gəmidə olan iki nəfər həlak olub.


Bizim.Media

Seçilən
33
1
bizim.media

2Mənbələr