AZ

“Arsenal” ardıcıl səkkizinci quru qələbəsini qazanıb

“Arsenal” klubu UEFA Çempionlar Liqasının IV turunda səfərdə “Slaviya”nı 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə London təmsilçisinin bütün turnirlərdə ardıcıl səkkizinci quru qələbəsi olub.

Mikel Artetanın yetirmələri son oyunlarda “Slaviya”, “Bernli”, “Brayton”, “Kristal Pelas”, “Atletiko”, “Fulhem”, “Vest Hem” və “Olimpiakos”u məğlub edib.

Premyer Liqanın mətbuat xidmətinin məlumatına görə, bu göstərici “Arsenal”ın 1903-cü ildəki şəxsi rekorduna bərabərdir.

Artetanın komandası növbəti matçını noyabrın 8-də səfərdə “Sanderlend”ə qarşı keçirəcək.

Seçilən
18
90deqiqe.az

1Mənbələr