
Rusiyada daxili sabitliyi pozmaq, ölkədə etnik və dini zəmində münaqişə yaratmaq cəhdləri müşahidə olunur.
Reyting.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının iclasında çıxışı zamanı bildirib:
“Xarici kəşfiyyat orqanlarının sənədlərində Rusiyada daxili sabitliyi pozmaq məqsədi açıq şəkildə qeyd olunub”.
Dövlət başçısının sözlərinə görə, Qərb kəşfiyyat qurumlarının və onların maliyyələşdirdiyi xarici mərkəzlərin sənədlərinin surətlərində Rusiyada cəmiyyət daxilində parçalanma yaratmaq, etnik və dini zəmində qarşıdurmalar törətməklə ölkədə sabitliyi pozmaq niyyəti açıq şəkildə əks olunur.
E. KAMAL