ABŞ Peşəkar Futbol Liqası (MLS) 2025-ci ilin ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komandası açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, siyahıda “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi də yer alıb.
Bu qərar təəccüblü deyil, çünki argentinalı superulduz mövsüm ərzində yüksək performans nümayiş etdirib. Messi MLS-in müntəzəm çempionatında 28 oyuna 29 qol vurub və 16 qol ötürməsi edib.
Pley-off mərhələsində isə səkkizqat “Qızıl top” sahibi artıq iki oyunda üç qol sevinci yaşayıb.
“İnter Mayami” pley-offun ilk mərhələsinin həlledici görüşünü Avropa vaxtı ilə şənbədən bazar gününə keçən gecə “Neşvil”ə qarşı keçirəcək.