AZ

Tiflisdə azərbaycanlı gənc döyülüb – “Ölkənə get” təhqiri ilə hücum

Gürcüstanın paytaxtı Tiflisdə etnik azərbaycanlı gənc mağazada döyülüb.

Musavat.com xəbər verir ki, hadisə supermarketlərdən birində baş verib. Məlumata görə, mağazada işləyən azərbaycanlı gəncə qarşı təhqiredici münasibət göstərilib, ona “ölkənə get” kimi ifadələr səsləndirilib.

Hadisə zamanı Marina Giorgobiani adlı qadın mağazanın iki əməkdaşını – 2006-cı il təvəllüdlü T.M.-i və 2004-cü il təvəllüdlü E.M.-i təhqir edib. Daha sonra o, tanışı – 1996-cı il təvəllüdlü J.Ç.-ni çağırıb. J.Ç. bir neçə nəfərlə birlikdə mağaza işçilərini zorla çölə çıxararaq qrup halında döyüb.

Polis hadisədə iştirak edən altı nəfəri müəyyən edib. Onların bir hissəsi saxlanılıb, digərlərinin tutulması istiqamətində istintaq davam edir.

Saxlanılan şəxsləri doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

 

Musavat.com

Seçilən
29
12
musavat.com

10Mənbələr