AZ

Çempionlar Liqası: “Qarabağ”dan daha bir tarixi nəticə 

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

“Çelsi” hazırda turnir cədvəlində 10-cu, “Qarabağ” isə 12-ci pillədə qərarlaşıb. Hər iki komandanın 7 xalı var.

5 noyabr

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) 2:2

Qol: Estevao, 17 (0:1), Leandro Andrade, 29 (1:1), Marko Yankoviç, 39 pen. (2:1), Alexandro Qarnaç, 53 (2:2)
Baş hakim
: Sebastian Qishamer (Avstriya)

Tofiq Bəhramov adına Respublika Stadionu

Seçilən
21
2
idmanxeber.az

10Mənbələr