Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna Avropa İttifaqının üzvü deyil və buna görə də Gürcüstanın avrointeqrasiya prosesi ilə bağlı hər hansı bir iddia irəli sürə bilməz. APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu alması prosesində Ukraynanın neqativ mövqeyi müşahidə olunub.
“2022-2023-cü illərdə aparılan kampaniyalar zamanı Ukrayna tərəfi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına müxtəlif vasitələrlə müqavimət göstərirdi. Bu, heç gizlədilmirdi, hamıya yaxşı məlumdur”, - Boçorişvili əlavə edib.
XİN başçısı qeyd edib ki, Gürcüstanın Ukrayna ilə bağlı yalanlarda ittiham edilməsi utancvericidir:
“2022-ci ilin fevralından Gürcüstan Ukraynaya ardıcıl siyasi dəstək göstərmək üçün mümkün olan hər şeyi edib və bu dəstək davam edir. Heç kəs deyə bilməz ki, Gürcüstan beynəlxalq platformalarda Ukraynanı dəstəkləməyib. Rusiya ilə qarşıdurmaya getmək, əlavə təhlükəsizlik problemləri yaratmaq istəyən yoxdur və bu, çox təbiidir. Hökumətin bir nömrəli vəzifəsi ölkəni təhdidlərdən qorumaqdır. Bu vəzifəmizi yerinə yetiririksə, qınanılmamalıdır, əksinə alqışlanmalıdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.