AZ

Rusiyanı parçalamaq istəyirlər Putin

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya strateji məğlubiyyət vermək niyyətindən hələ də əl çəkmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bdövlət başçısı bu fikri Etniklərarası Münasibətlər Şurasının iclasında səsləndirib.

“İndi getdikcə daha tez-tez “Rusiyanın müstəmləkəsizləşdirilməsi” ifadəsini işlədirlər. Bu, əslində Rusiya Federasiyasının parçalanması və bizə strateji məğlubiyyət vermək cəhdidir”, – deyə Putin qeyd edib.

Prezidentin sözlərinə görə, Qərb əsrlər boyu bu məqsədlə müxtəlif vasitələrdən istifadə edib, lakin heç vaxt istədiyinə nail ola bilməyib. Buna baxmayaraq, o vurğulayıb ki, bəzi ölkələr hələ də oxşar cəhdləri davam etdirirlər.

Putin çıxışında Rusiyanın milli birliyinin və sabitliyinin ən güclü cavab olduğunu bildirib və ölkədə etnik həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr