AZ

Qarnaço “Çelsi”də ilk qolunu vurdu

“Çelsi”nin yarımmüdafiəçisi Alekxandro Qarnaço klubun heyətində UEFA Çempionlar Liqasında ilk qolunu vurub.

90deqiqe.Az “Squawka”ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bu gün Bakıda keçirilən “Qarabağ” – “Çelsi” oyununda fərqlənib. O, matçın 53-cü dəqiqəsində komandasının ikinci qoluna imza ataraq qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 2:2.

Qarnaço Çempionlar Liqasında 22 yaşına çatmamış iki fərqli İngiltərə klubunun heyətində qol vuran ilk futbolçu olub. Bundan öncə argentinalı “Mançester Yunayted”in tərkibində də fərqlənmişdi.

Yay transfer pəncərəsində “qırmızı şeytanlar”ı tərk edən Qarnaço  “zadəganlar”ın sıralarına keçib. Cari mövsümdə gənc oyunçu ümumilikdə 9 matçda 2 qol vurub.

Hazırda “Çelsi” ümumi mərhələnin turnir cədvəlində 7 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
62
90deqiqe.az

1Mənbələr