AZ

Dünya şöhrətli aktrisa Ukraynada: O atəş altındakı Xersona getdi

Oskar mükafatı laureatı aktrisa və UNICEF-in xoşməramlı səfiri Angelina Joli Ukraynanın Xerson şəhərinə səfər edib.

Musavat.com xəbər verir ki, məlumatı şəhər şurasının keçmiş üzvü Vitali Boqdanov Facebook-da yayıb. O, aktrisanın Ukrayna simvolları olan güllə keçirməyən jilet geyinmiş şəklini paylaşıb.

Yerli sosial media hesablarına və media orqanlarına görə, ulduz şəhərin tibb müəssisələrini, o cümlədən doğum evini və uşaq xəstəxanasını ziyarət edib.

Həmçinin bildirilib ki, səfər xeyriyyə yardım proqramının bir hissəsi kimi təşkil edilib.

Bundan əlavə, Xerson Müdafiə Qvardiyasının rəisinin Angelina Joliyə "Xerson" xatirə sikkəsini təqdim etdiyini göstərən video yayımlanıb. Videoda şəhərin girişindəki və Xerson sakinlərinin işğal zamanı mitinqlər üçün toplaşdığı Azadlıq Meydanı təsvir olunub.

Qeyd edək ki, Jolinin səfəri zamanı onu müşayiət edən heyətdəki maşınlardan birinin sürücüsün Ukrayna səfərbərlik xidməti saxlayıb. Onun döyüşə yararlı olduğu halda səfərbərlikdən yayındığı üzə çıxıb. Nəticədə, həmin şəxs hərbi xidmətə cəlb olunaraq heyətdən ayrılıb.

 

Musavat.com

 

Seçilən
53
musavat.com

1Mənbələr