AZ

Avropanın ən çox elektrik enerjisi ixrac edən ölkələri

Avropa İttifaqı (Aİ) artan geosiyasi gərginlik və iqlim böhranı fonunda üzv ölkələr arasında enerji əlaqələrini gücləndirməyə çalışır. Avropa Komissiyasının açıqlamasına əsasən, birgə fəaliyyət Aİ-yə “elektrik enerjisi təchizatının təhlükəsizliyini artırmağa və bərpa olunan enerji mənbələrinin bazarlara inteqrasiyasını gücləndirməyə” imkan verəcək.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, son 20 ildə Avropa ölkələri arasında elektrik enerjisinin idxal və ixrac həcmi əhəmiyyətli dərəcədə artıb.

Ən çox elektrik ixrac edənlər

2024-cü ilin nəticələrinə görə, Avropanın 35 ölkəsindən 13-ü elektrik ixracatçısı, 21-i isə idxalçısı olub. Yalnız Kipr bu dövrdə elektrik enerjisi idxal etməyib.

İxracatçılar arasında İsveç və Fransa lider mövqedədir. İsveçin ixrac payı -27%, Fransanın isə -22% olub. Onların ardınca Sloveniya (-19%), Norveç (-14%), Slovakiya (-13%), Çexiya (-12%) və Avstriya (-10%) gəlir.

Aİ-nin ən iri dörd iqtisadiyyatı arasında Fransa (-22%) və İspaniya (-4%) elektrik ixrac edir, lakin Almaniya (6%) və İtaliya (18%) idxalçı ölkələr sırasındadır.

Montpelye Universitetinin professoru Jak Persebua bildirib ki, ixracatçı ölkələr əsasən hidroenerji potensialı güclü (məsələn, İsveç, Norveç) və ya nüvə enerjisinə malik (Fransa, İsveç) ölkələrdir. Əvəzində, idxalçı ölkələrdə günəş və külək kimi fasiləli bərpa olunan mənbələrin payı yüksək olduğundan, hava şəraitindən asılı olaraq elektrik idxalına ehtiyac yaranır.

Məlumatlarda illik dəyişikliklər müşahidə olunur

2023 və 2024-cü illərin göstəriciləri arasında ciddi fərqlər qeydə alınıb. Məsələn, Yunanıstan 2023-cü ildə 10% göstərici ilə elektrik idxalçısı olsa da, 2024-cü ildə ixracatçıya çevrilərək -0,6% nəticə əldə edib. Xorvatiya isə əksinə, idxal payını 10%-dən 26%-ə qədər artırıb.

Ümumilikdə, 2024-cü ildə Aİ ölkələrində elektrik enerjisi üzrə “xalis idxalın istehlakdakı payı” orta hesabla -0,5% təşkil edib ki, bu da Aİ-nin ümumilikdə idxaldan çox ixrac etdiyini göstərir.

Seçilən
40
olke.az

1Mənbələr