AZ

“Bu gün çox çətin gecə oldu” Enzo Mareska

ain.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Düzgün başladıq, qol vurduq. Daha sonra iki qol buraxdıq. Ona görə də müəyyən dəyişikliklərə getdik. Oyunun gedişi bunu labüd etdi. Bizdə çoxlu oyunçular var. Ona görə də bəzi futbolçuları dincəltmək istədik. Bildiyiniz kimi, təqvimimiz çox sıxdır. Ona görə də rotasiyalar etmək istədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Düşünürəm ki, oyunçuların sağlamlığı qaydasındadır. Dəyişliklikləri etməkdə istəyimiz o idi ki, qələbə qazanaq. İkinci hissədə daha yaxşı oynadıq.

Əvvəldən də demişdim, “Qarabağ” çox gözəl komandadır. İki oyunda qələbə qazanmışdılar. “Atletik”lə matçda da yaxşı çıxış etmişdilər. Bu gün çox çətin gecə oldu.

Bəli, yenə deyirəm ki, oyuna başlayanda istəyirik ki, qələbə qazanaq. Amma qələbə qazanmayanda bilirik ki, məyusedici anlar yaşayırıq. İkinci hissədə dəyişikliklər etməkdə qələbə qazanmaq istəyirdik. Səhvlərimiz oldu. Bəzi oyunçularımın etdikləri səhvələr üzərində çalışacağıq.

Bizim heç birimiz bu cür olmasını istəmirdik. Bir xal qazandıq, Çempionlar Liqasında hər şey ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
idmanxeber.az

3Mənbələr