AZ

Tramp: ABŞ, Rusiya və Çin nüvə silahlarının azaldılması planı üzərində işləyir

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton, Moskva və Pekin nüvə silahlarının azaldılması üzrə plan hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə o, Floridada keçirilən biznes forumunda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ dünyanın ən güclü silahlı qüvvələrinə malikdir.

“Biz nüvə dövlətiyik və bu, mənim xoşuma gəlmir. Əgər biz bu silahdan istifadə etməyə məcbur olsaq, bu, dəhşətli nəticələrə gətirib çıxarar. Rusiya ikinci, Çin isə üçüncü yerdədir, amma onlar 4-5 ilə bizi tuta bilərlər. Ola bilsin, üç ölkə ABŞ, Rusiya və Çin birgə nüvə silahsızlanması planı üzərində işləyirik. Görək, bu plan işləyəcəkmi”, - Tramp qeyd edib.

ABŞ lideri həmçinin vurğulayıb ki, nüvə balansının qorunması qlobal təhlükəsizlik üçün həlledici əhəmiyyət daşıyır.

Seçilən
44
teleqraf.com

1Mənbələr