AZ

ABŞ prezidenti G20 zirvəsinə getməyəcək – Ev sahibi ölkəyə etiraz edir

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Cənubi Afrika zəngin və inkişaf etməkdə olan iqtisadiyyatların qeyri-rəsmi klubu olan G20-yə qoşulmamalıdır.

Musavat.com xəbər verir ki, onun Amerika Biznes Forumundakı çıxışı zamanı dediyi sözləri Associated Press agentliyi yayıb: "Cənubi Afrika artıq G20-də olmamalıdır, çünki orada pis şeylər baş verir".

Ağ Ev rəhbəri Cənubi Afrikanın guya "kommunist tiraniyası" olduğunu iddia edib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, bu ayın sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək dünya liderlərinin illik G20 sammitində iştirak etməyəcək.

May ayında Tramp Cənubi Afrika prezidenti Siril Ramafosa ilə Oval Ofisdə görüşüb və həmkarının üzünə onu "mübahisəli fiqur" adlandırıb.

 

Musavat.com

Seçilən
48
musavat.com

1Mənbələr