Şəmkir rayonunda şəhid ailəsinə məxsus evin sökülməsi ailənin ciddi narazılığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, şəhid bacısı məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
“Cənab Prezident, cənab Ali Baş Komandan, sizdən çox xahiş edirəm. Biz şəhid ailəsiyik, mən şəhid bacısıyam. Bacımın zülmlə, əziyyətlə tikdiyi evi Şəmkir Rayon İcra Hakimiyyətinin iştirakı ilə söküblər. Bacım üç oğul böyüdür, yəni bu vətən üçün əsgər böyüdür. Biz sizə sığınmışıq, sizdən xahiş edirəm ki, bacıma köməklik göstərəsiniz.”