AZ

Türkiyədə karxana çöküb - Ölən var - YENİLƏNİB

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında çökmə baş verib. Hadisə zamanı torpaq altında qalan iki işçidən biri cansız halda çıxarılıb. Digər işçini tapmaq üçün axtarış-xilasetmə işləri davam edir.

Milli.Az xəbər verir ki, rayon valisi karxananın rayon mərkəzindən 7 kilometr uzaqda olduğunu qeyd edərək deyib:

"Gündəlik işlər çərçivəsində saat 12:00 radələrində partlayış aparılıb. Saat 16:30-dan sonra isə yuxarı səthdən torpaq kütləsinin sürüşməsi baş verib. Hal-hazırda torpaq altında bir yük maşını və bir iş maşını, həmçinin onların sürücüləri var."

Vali bildirib ki, digər işçi - yük maşını sürücüsünün tapılması üçün işlər davam etdirilir, lakin prosesi çətinləşdirən təhlükəli torpaq hərəkəti mövcuddur:

"Operatorun cansız bədənini çıxardıq. Yak maşını sürücüsünə çatmaq üçün işlər davam edir, lakin sahə çox risklidir. Torpaq kütləsi hərəkətlidir və burada çalışan 4 ekskavator və xilasetmə qrupları üçün təhlükə yaradır. Risk vəziyyətini qiymətləndirib işlərin davam etdirilib-etdirilməyəcəyinə qərar veriləcək."

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
67
milli.az

1Mənbələr