AZ

Afətdən Vəfa Şərifovanın qardaşına: “Boynumun arxası, peysərim ağrıdı” – VİDEO

Müğənni Afət Fərmanqızı sosial mediada həmkarı Vəfaya səslənərək onun barəsində sərt fikirlər səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, Afət paylaşımında Vəfanın qardaşına müraciət edərək bildirib:

“Ay Vəfanın qardaşı, yeznənin adın nədir? Mən sənə müraciət etmək istəyirəm ki, Vəfaya deyəsən, efirə çıxıb məndən danışmasın. ‘Ərim, ərim’ deyir, amma ortada kişi yoxdur.”

Müğənni daha sonra emosional şəkildə əlavə edib:

 “Vəfanın qardaşına üzümü tutub deyirəm, boynumun arxası ağrıyır, peysərim ağrıyır… Hə, bu sözləri sənə deyirəm, yeznənin adını de görək!”

Afət Fərmanqızının paylaşımı qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

 

 

Seçilən
34
nocomment.az

1Mənbələr