AZ

“Mançester Siti” “Borussiya Dortmund”u darmadağın edib - VİDEO

Çempionlar Liqasının umumi mərhələsinin dördüncü turunda “Mançester Siti” “Borussiya Dortmund”u qəbul edib.

İdman.Biz bildirir ki, oyun 4:1 hesabı ilə İngiltərə klubunun qələbəsi ilə qurtarıb.

Meydan sahiblərinin yarımmüdafiəçisi Fil Foden 22-ci dəqiqədə hesabı açıb. Hücumçu Erlinq Haland 29-cu dəqiqədə “Siti”nin ikinci qolunu vurub. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 57-ci dəqiqədə ikinci qoluna imza atıb. “Borussiya”nın müdafiəçisi Valdemar Anton 72-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. 90+1-ci dəqiqədə “Siti”nin yarımmüdafiəçisi Rayan Çerki sonuncu qola imza atıb.

Növbəti turda Xosep Qvardiolanın komandası “Bayer Leverkuzen”lə (25 noyabr), Niko Kovaçın komandası isə “Vilyarreal”la (25 noyabr) qarşılaşacaq.

İdman.Biz

Seçilən
69
1
idman.biz

2Mənbələr