AZ

“Barselona” “Brügge” ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 4-cü turunda Belçikanın “Brügge” klubu evdə İspaniyanın “Barselona” komandasını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş “Yan Breydel” stadionunda (Briqqe) keçirilib və ingiltərəli referi Entoni Teylor tərəfindən idarə olunub.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. “Brügge”nin heyətində Nikolo Trezoldi (6-cı dəq.) və Karluş Forbş (17 və 64-cü dəq.) fərqləniblər. Kataloniyalıların qollarını Ferran Torres (8), Lamal Yamal (61) və rəqib müdafiəçisi Xristos Dzolis (78, avtoqol) vurublar.

Bu oyundan sonra “Brügge” 4 xalla ümumi mərhələnin orta hissəsində qərarlaşıb, “Barselona” isə 7 xalla eyni zonada yer alır.

Növbəti turda “Brügge” 26 noyabrda “Sportinq”in, “Barselona” isə 25 noyabrda “Çelsi”nin qonağı olacaq.

Seçilən
84
90deqiqe.az

1Mənbələr