UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsində 4-cü tur başa çatıb.
90deqiqe.Az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra Almaniyanın “Bavariya” klubu 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Vensan Kompaninin rəhbərlik etdiyi Münhen təmsilçisi 4-cü turda son mövsümün qalibi “PSJ” üzərində 2:1 hesablı qələbə qazanaraq 100 faiz nəticə göstərib.
Cədvəldə “Bavariya”nı “Arsenal”, “İnter”, “Mançester Siti”, “PSJ”, “Nyukasl Yunayted”, “Real” və “Liverpul” izləyir.
“Qalatasaray”, “Çelsi”, “Qarabağ”, “Borussiya” Dortmund və “Barselona” isə 9–24-cü yerlər arasında mövqe tutur.
Xatırladaq ki, ümumi mərhələnin 8 turu başa çatdıqdan sonra 36 komandalıq yekun cədvəl formalaşacaq. İlk 8 komanda birbaşa 1/8 final mərhələsinə adlayacaq, 9–24-cü pillələrdə qərarlaşan klublar isə pley-off oyunlarında iştirak edəcəklər.