AZ

Azərbaycandan keçməklə daşınan ilk Rusiya buğda partiyası Ermənistana çatıb

Azərbaycandan dəmir yolu ilə daşınan ilk Rusiya buğda partiyası artıq Ermənistana çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyat naziri Geqam Papoyan bildirib.

Onun sözlərinə görə, yükün ilk partiyası “Ayrum” stansiyasına gətirilib.

"Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək. Hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və 7 noyabra qədər Ermənistana çatacağı gözlənilir.

Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqondan ibarətdir.

Hazırda Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi olmasa da, Prezident İlham Əliyevin tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra ilk yük partiyası əvvəlcə Gürcüstana, oradan isə Ermənistana göndərilib

Seçilən
64
4
apa.az

9Mənbələr