AZ

"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə

style='margin-bottom:10px;'>

"Bu cür rəqibə qarşı çox yaxşı mübarizə apardıq. Hətta qalib gələ də bilərdik. Düşünürəm ki, matçın ədalətli nəticəsi heç-heçə idi".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə oyundan (2:2) sonra "CBC Sport"a açıqlamasında deyib: 

28 yaşlı müdafiəçi qələbəyə bərabər heç-heçəni belə şərh edib: "Komanda şəklində göstərdiyimiz oyundan razıyıq. Amma daha da artırmalıyıq ki, xallarımızın sayını çoxaldaq".

O, "Qələbə üçün nə çatmadı" sualına da cavab verib: "Rəqibin gücü bəlli idi. Bəlkə də daha müdafiəyəmeyilli oynasaydıq, hesabı qoruya bilərdik. Amma buna baxmayaraq, biz öndə olduğumuz alarda belə hücumlar edirdik, 3-cü qolu vurmağa çalışırdıq. Çalışdıq ki, yaxşı oyun göstərək və nəticə qazanaq".

B.Mustafazadə sözügedən görüşün karyerasının ən çətin matçı olub-olmaması haqda sualı bu cür cavablandırıb: "Xeyr. Ümumi götürsək, "Çelsi"yə qarşı bərabər səviyyədə oyun nümayiş etdirə bildik. Ona görə də bu matça ən çətin deməzdim".

O, sonda 5-ci turda "Napoli"yə qarşı keçirəcəkləri oyuna toxunub: "Çelsi"yə qarşı oyunumuzu İtaliyada da göstərmək, daha da təkmilləşdirmək istəyirik. Əlbəttə ki, rəqibimiz güclüdür. Buna baxmayaraq, biz də çalışacağıq ki, layiqli mübarizə aparaq, xal və ya xallar qazanaq".

Seçilən
55
1
teleqraf.com

3Mənbələr