AZ

Əkrəm İmamoğlunun atası və oğlu dindirildi -VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sabiq meri Əkrəm İmamoğlu ilə bağlı aparılan korrupsiya istintaqı genişlənir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın rəhbəri olmaq”, “rüşvət”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “məlumatların qanunsuz yolla ələ keçirilməsi” və “tenderlərdə saxtakarlıq” kimi ittihamlarla aparılan istintaq çərçivəsində İmamoğlunun atası Hasan  İmamoğlu və oğlu Selim İmamoğlu ifadə veriblər.

 

Məlumata görə, hər iki şəxs İstanbul Polis İdarəsində dindirilib və onlardan “rüşvət və çirkli pulların yuyulması” iddiaları ilə bağlı açıqlama alınıb.

 

Selim İmamoğluna Maliyə Təftiş İdarəsinin (MASAK) hesabatında yer alan 637 milyon avro dəyərində “cinayət yolu ilə əldə edilən pulları yuma” iddiaları ilə bağlı suallar ünvanlanıb. O, 6,5 metrlik yaxtasının və Xorvatiyada qeydiyyatdan keçmiş şirkətinin olduğunu təsdiqləyib, lakin bu vəsaitlərin mənbəyinin nənəsi və anasından aldığı pullar olduğunu bildirib. “Ticarətlə məşğulam, çirkli pul yumaq kimi bir fəaliyyətim olmayıb”, - deyə o vurğulayıb.

 

İfadə prosesindən sonra həm Selim, həm də Hasan İmamoğluna ölkədən çıxış qadağası qoyulub. Onlar dindirilmədən sonra polis idarəsini tərk ediblər.

Seçilən
30
3
senzor.az

4Mənbələr