ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla münasibətlərdə müsbət tendensiyanın müşahidə olunduğu bir vaxtda son qərarı birmənalı qarşılanmayıb. Kreml rəhbəri erməni icmasının Rusiyada qurduğu “Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezras Aleksandr Nevskini ordenlə təltif etməsi müzakirələrə səbəb oldu.
Məlumata görə, Kreml lideri bu mükafatı erməni katalikosa Milli Birlik Günü münasibətilə verib. Lakin Putinin təltif fərmanında yer alan “Yeni Naxçıvan” ifadəsi Azərbaycan ictimaiyyətində narazılıq doğurub.
“Yeni Naxçıvan” nədir və hansı şəkildə ortaya çıxıb? Rusiya liderinin bu addımı hansı dairələrə mesajdır?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Prezident Vladimir Putinin Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezrasa orden təqdim etməsi birbaşa təxribatdır:
“Bu, açıq-aydın Azərbaycan qarşı ideoloji düşmənçilikdir. Rostov yaxınlığında hələ 200 il öncə məskunlaşmış ermənilər orada ‘”Naxçıvan” adını daşıyan yaşayış məntəqəsi yaratmışdılar. Rusiyada yaşayan ermənilərin yeparxiyalarını “Yeni Naxçıvan” adlandırması hüquqi baxımdan olmasa da, ideoloji və təbliğat baxımından Azərbaycanın tarixi ərazilərinə aidiyyət iddiası daşıyır. Belə bir şəraitdə Rusiya prezidenti tərəfindən erməni keşişinə orden verilməsi Moskvanın Cənubi Qafqazda təsirini genişləndirmək üçün yumşaq güc siyasətindən istifadə etdiyini göstərir.
Oqtay Qasımov
Rusiyanın Cənubi Qafqaza əsas təsiri həmişə ermənilər üzərindən formalaşıb. Erməni Apostol Kilsəsinin rolunu xüsusilə qeyd etmək lazımdır. Bu kilsə Kreml üçün ideoloji və kəşfiyyat agenturası kimi fəaliyyət göstərir”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.