AZ

Aİ mülki büdcə vəsaitlərini müdafiə sahəsinə yönəldəcək

BAKI, 6 noyabr. TELEQRAF

Avropa İttifaqında (Aİ) büdcənin mülki məqsədlər üçün nəzərdə tutulan vəsaitlərinin bir hissəsinin müdafiə sahəsinə yönəldilməsi barədə razılıq əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının mətbuat xidməti "X"də paylaşım edib.

Bildirilir ki, hazırda Şuraya sədrlik edən Danimarka və Avropa Parlamenti investisiyalarla bağlı ilkin razılaşmaya gəlib.

Yeni razılaşma Aİ-nin müdafiə sektoruna mövcud mülki fondlardan vəsait ayırmasına imkan yaradacaq.

“Ukrayna Avropa Müdafiə Fonduna qoşulacaq”, - deyə açıqlamada qeyd olunub.

Sazişin məqsədi “STEP”, “Horizon Europe”, “EDF”, “DEP” və “MIE” kimi proqramlara dəyişikliklər etməklə müdafiə ilə bağlı investisiyaların maliyyələşdirilməsini artırmaqdır.

Seçilən
65
teleqraf.com

1Mənbələr