AZ

Bu maşınları binaların yaxınlığında park etməyin! - TƏHLÜKƏ

Avtomobil konserni "Stellantis" dünya üzrə təxminən 400 min avtomobili geri çağırır.

Publika.az "CNN"nə istinadən xəbər verir ki, avtomobil istehsalçısı yanğın riski səbəbindən 375 min "Jeep Wrangler" və "Grand Cherokee" avtomobilini geri çağırır.

Geri çağırışa bu nəqliyyat vasitələrinin sahiblərindən daxil olan şikayətlər səbəb olub. Yanğın barədə ən az 19 şikayət olub.

Məlumata görə, söhbət 2020-2025-ci illərə aid "Jeep Wrangler 4xe" SUV-larından və 2022-2026-cı illərə aid "Jeep Grand Cherokee 4xe"dən gedir.

Avtomobil istehsalçısı, həmçinin bu nəqliyyat vasitələrinin sahiblərini maşınlarını binalardan uzaqda park etməyə çağırıb.

Seçilən
72
publika.az

1Mənbələr